2018-c il dünya gözəllik müsabiqəsinin qalibi olmuş qırğızıstanlı Saniya Şakirova yol qəzasında dünyasını dəyişib.

Hadisə İssık-Kul vilayətində Balıqçı-Qaraqol şosesində baş verib.

Çolpon-Ata adlı taksi sürücüsünün idarəetməsindən çıxan avtomobil yol kənarındakı divara çırpılıb. Avtomobildə olan Saniya Şakirova yerindəcə keçinib. Sürücü isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, 30 yaşlı model 3 uşaq anası idi.










.