2000-ci illərdə  istifadə olunan köhnə Nokia və Sony Ericsson telefonlarını düşünün. Hələ də istəsək bu cihazlardan istifadə edə bilərik.

Bəs dünən cib telefonuyla bu günün "ağıllı" telefonu arasındakı fərq nədir?

Köhnə telefonların enerji problemi yox idi. Telefonu 4 gün enerjiyə taxmasaydız, belə problem olmazdı.

Halbuki ağıllı telefonlarda enerjinin 3-4 saat  dayanan modellərə rast gəlirik.

Köhnə telefonların yeniləmə kimi bir problemi yox idi. Çünki bu telefonları internetə qoşulmadan da istifadə edirdik.

Ağıllı telefonların  ən az bir həftə içində tətbiqlərinin yeniləndiyini bilirik. Bu bir zərurətdir çünki viruslar, təhlükəsizlik bunu zəruri edir.

Köhnə telefonları 15 il belə istifadə edə bilərik.

Ancaq  iPhone 3G ni artıq istifadə edə bilmərik, çünki əməliyyat sistemi yenilənmədiyi üçün hər cür təhlükəsizlik riskinə məruz qalır.

Köhnə telefonların klaviaturalarında  saniyədə 9 xarakterli yazı yaza bilərdik.

Avtomatik düzəltmə xüsusiyyəti sayəsində artıq reaktiv sürətində yazırıq.

Köhnə telefonların ekranları kiçik,  amma bir o qədər də ağır  dizayna sahib idi.

Ağıllı telefonla birlikdə ekran genişlikləri baş alıb getdi. Artıq tək ələ sığmayan 6.1 düymlük nəhəng ekranlı telefonlara rast gəlmək, doğrusu bizi təəccübləndirmir

SMS  göndərmək köhnə telefonlar üçün çətin idi. Bəzən MMS də.

Bu gün üçün ağıllı telefonunun mesajlaşmaq üçün çox variantı var. Whatsapp, Line, Viber və s.

atv.az
.