VIII çağırış Rusiya Dövlət Dumasına seçkilərdə bülletenlərin 13 faizi sayılıb.

Mərkəzi Seçki Komissiyası verdiyi məlumatına görə, hakim Vahid Rusiya Partiyası 42,7 faiz səslə liderlik edir.

İkinci yerdə 23.35 faiz səslə Kommunist Partiyası, üçüncü yerdə 8.89 faiz səslə Liberal Demokrat Partiyası gəlir.

Builki parlament seçkilərinin sürpriz partiyası hesab olunan “Yeni İnsanlar” beşinci pilləyə yüksəlib. Bu saata olan məlumatlar görə, Yeni İnsanlar Partiyası 7,03 faiz səslə parlamentdə fraksiya yaratmaq uğrunda əminliklə irəliləyir. 5 faizlik baryeri hələlik aşan Ədalətli Rusiya - Həqiqət Uğrunda Partiyası 7.09 səslə dördüncü yerdədir.

.