Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmiş və terroru maliyyələşdirmədə təqsirləndirilən Namiq Nəbiyevin cinayət işi üzrə məhkəmə başlayır.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinə hakim Nigar İmanovanın sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclası oktyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, DTX tərəfindən saxlanılan Namiq Nəbiyev AR Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama) və 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə ittiham olunur. Cəzaların qismən toplanılması ilə Namiq Nəbiyev 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

.