Bu gün bir qrup Sumqayıt şəhər sakini redaksiyamıza Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində baş alıb gedən özbaşınalıqlarla bağlı müraciət ediblər. Şəhər sakinlərinin sözlərinə görə, artıq bir neçə gündür ki, Sumqayıtda pensiyalar verilmir. Məsələ ilə bağlı vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət etsələr də onlara pensiyaların gecikdirilməsində yararanan problemlərlə bağlı məlumat verilməyib. Şəhər sakinləri bildirirlər ki, indiyə qədən onlar hər ayın 10-da pensiyalarını alıblar. Lakin indi isə pensiya almaq Sumqayıtda problemə çevrilib. Məlumatlarda həmçinin qeyd edilir ki, məlum olmayan səbəblərdən Sumqayıt şəhərində pensiyalar yanvar ayının ortalarından etibarən veriləcək. Şəhər sakini Əli Abbasov bildirir ki, ötən həftədən bu günə qədər DSMF-nin Sumqayıt şəhər şöbəsinə pensiyanın verilməsində yaranan problemlə bağlı müraciət edib. Amma Ə.Abbasova sözü gedən qurumdan unukal cavab verilib. "Gedin pulunuzu yeni sədr Elman Mehdiyevdən istəyin. Çünki Elman Mehdiyevin tapşırığı ilə sizin pullar "obarota” buraxılıb. Ona görə də pulunuzu yanvar ayının sonlarında ala bilərsizin”.
.
