
Hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 8,3 faiz, digər xarici ölkələr üzrə 4,8 faiz ucuzlaşıb. Bu barədə Dövlətstatkom məlumat verir.
"Azerbaijan Airlines” (AZAL) QSC sosial şəbəkələrdə davamlı təzyiqlərdən sonra 34 beynəlxalq aviaxətt üzrə qiymətləri 20-30% ucuzlaşdırıb. Dörd aviamarşrut üzrə (İstanbul, Moskva, Dubay və Antalya) loukost tətbiq edilib – bir istiqamətə 99 avro. Prezident İlham Əliyev AZAL-ın biletlərinin qiymətinə münasibət bildirib və müvafiq tədbirlər görməyi tapşırıb. Amma iyulda sərnişinlər baha qiymətə uçub, çünki yeni tariflər 1 avqustdan qüvvəyə minib.
Qeyd edək ki, AZAL-ın qiymətləri baha olduğu üçün ölkə vətəndaşlarının çoxu Tbilisi aeroportunun xidmətindən istifadə etməyə məcburdur.
.