Bu gün Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq, qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə gəlinən razılığa əsasən, döyüş meydanında qalmış meyitlərin götürülməsi prosesinə başlanıb.
Xatırladırıq ki, ATƏT nümayəndələri və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesi saat 20.00-a qədər davam edəcək.
.