
Hesablama Palatası 5 fevral tarixli Kollegiya iclasında bütün materialları hüquq mühafizə orqanları və Milli Məclisə təqdim etməyi qərara alıb.
Saytın məlumatına görə, iclasda dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən Tovuz rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair, həmçinin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Beyləqan rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri üzrə proqramlar təsdiq edilib..
Hesablama Palatası bir qayda olaraq yoxlamalarının nəticələrini açıqlamır. Bəzən ümumi nəticələri elan edir, konkret fakt və rəqəmlər gətirmir.
"İnformasiya əldə edilməsi haqqında” Qanunun 6.0.3 maddəsinə əsasən, büdcə vəsaitlərinin yoxlanması barədə informasiyanın yayılması dövlət strukturlarının, o cümlədən Hesablama Palatasının vəzifəsidir.
Prezident İlham Əliyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi barədə fevralın 5-də fərman imzalayıb. Ləğv edilmiş komitənin funksiyası Dövlət Əmlak Məsələləri Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Sərhəd Xidməti arasında bölünüb. Bu barədə dövlət başçısının saytı məlumat verib. .