Prezident İlham Əliyevin sərəncamı ilə Elman Lütvi oğlu Mehdiyev Dövlət Sosial Müdafiə Fondunun sədri təyin olunub.
Elman Mehdiyev 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib. 1994-1996-cı illərdə dövlət vergi xidməti orqanlarında çalışıb. 1996-2003-cü illərdə Maliyyə Nazirliyində idarə rəisinin müavini vəzifəsində işləyib. 2003-cü ildən Dövlət Sosial Müdafiə Fondunda şöbə müdiri vəzifəsində çalışıb.
Prezident İlham Əliyevin 10 iyul 2009-cu il sərəncamı ilə Dövlət Sosial Müdafiə Fondunun sədrinin müavini təyin edilib və fondun sədri təyin olunan müddətə kimi həmin vəzifədə çalışıb.
Xəbəri dövlət fondunun mətbuat xidməti yayıb.
.