
Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev tədbirdə hesabat xarakterli çıxış edib. O, bildirib ki, sentyabrın 10-da 106-cı teatr mövsümünə start veriləcək.
Tamaşanın quruluşçu-rejissoru xalq artisti Cənnət Səlimovadır. Səhnə əsərində rolları xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Amil Məmmədov, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa ediblər..