Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin  Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin olunub. 

APA-nın xəbərinə görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmanda bildirilir.   
 
Fərman oktyabrın 5-də qüvvəyə minəcək.
 
Putinin digər fərmanı ilə,  Xarici Kəşfiyyat Xidmətinin hazırkı rəhbəri Mixail Fradkov təqaüdə göndərilib. Fərman oktyabrın 5-də qüvvəyə minəcək. 
.