Dövlət Baytarlıq Xidməti (DBX) kefal balıqlarının ölüm hallarının araşdırılması ilə bağlı İrana rəsmi müraciət göndərib. Bunu jurnalistlərə Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova bildirib.
O deyib ki, kefal balıqların ölüm hallarının araşdırılması ilə bağlı nazirliyin göstərişi olub. Biz dərhal monitorinqlərə başladıq. Yaxşı haldır ki, bu günədək su hövzələrində balıq ölümlərinə rast gəlməmişik: "Sahil boyu yerləşən ərazilərdən mütəmadi olaraq məlumatlar alırıq. Buna baxmayaraq, İrana rəsmi müraciət göndərmişik. Onlar bildiriblər ki, Mazandaran sahilində ölüm halları qeydə alınmayıb. Bizdə bu hal müşahidə edilmədiyi üçün heç bir qadağa tətbiq olunmayıb."
.
