Prezident İlham Əliyev “1999-cu il 4 iyun tarixli ixtiraların hüquqi mühafizə sahəsində dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş”in qüvvədən düşməsi barədə” Protokolun təsdiq edilməsi Fərman imzalayıb.

Fərmanda qeyd olunub ki, “1999-cu il 4 iyun tarixli ixtiraların hüquqi mühafizə sahəsində dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş”in qüvvədən düşməsi barədə” Protokol təsdiq edilib..

Xarici İşlər Nazirliyinə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərmək tapşırılıb.

.