
Dövlətə xəyanət etməkdə təqsirləndirilən Elnur İsmiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Strateji əhəmiyyətli ərazilərdə işləmiş Elnur İsmiyevin barəsində məhkəmə prosesi qapalı keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Elnur İsmiyev ittiham olunduğu maddə üzrə təqsirli bilinib və ona 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, E.İsmiyev DTX-nin İstintaq baş idarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə yekun ittiham elan olunub.
.