
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Məlumata görə, iyulun 23-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Məmmədov Aslan Araz oğlu uzunsürən xəstəlikdən sonra vəfat edib.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına başsağlığı verib.
.