2023–2024-cü tədris ili üzrə “2022–2026 Dövlət Proqramı” çərçivəsində ümumilikdə dünyanın 17 ölkəsinin nüfuzlu xarici ali təhsil müəssisələri üzrə 381 nəfər Azərbaycan Respublikası vətəndaşı təhsil almaq hüququ qazanıb.
Bu barədə Dövlət Proqramı İdarəetmə Qrupundan xəbər verilib.
Siyahı üzrə 67 nəfər bakalavriatura, 314 nəfər isə magistratura üzrə təhsil alacaq. Proqram iştirakçılarından 48 nəfəri cari il üzrə dünyanın 10 ən yaxşı universitetindən qəbul alıb. Onlardan 9 nəfəri "Harvard University", 2 nəfəri "Massachusetts Institute of Technology", 2 nəfəri “University of Oxford”, 8 nəfəri "Imperial College London", 2 nəfəri “ETH Zurich” və digər universitetlərdə təhsil almaq hüququ qazanıb.
.