Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası açıqlanıb.

Bu, Prezident İlham Əliyevin 31 dekabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsi haqqında” fərmanında əksini tapıb.

Sənədə əsasən, bu il Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 28 milyon 901 min 900 manat olacaq. Bu vəsaitin 10 milyon 192 min 646 manatı əməyin ödənişinə, 15 milyon 108 min 380 manatı malların (işlərin və xidmətin) satın alınmasına (354 min 948 manat malların satın alınması, 13 milyon 430 min 360 iş və xidmətlərin alınmasına, 673 min 72 manat beynəlxalq təşkilatlara üzvlüklə bağlı ödənişlərə,  650  min manat təmsilçilik və təşviqat xərclərinə), 45 min manat sosial ödənişlərə, 3 milyon 555 min 904 manat qeyri-maliyyə aktivlərinə ayrılacaq.

.