Ermənistan mətbuatı 26 yaşlı Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə məlumat yayıb.

APA-nın məlumatına görə, “ru.armeniasputnik.am” saytı yazır ki, həmin şəxs Ermənistanın Azərbaycanla həmsərhəd Qeqarkunik vilayətinin Arequni kəndində bu gün səhər tutulub.  

O, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti baş verənlərlə bağlı hələlik açıqlama yaymayıb.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə məlumatlarla bağlı araşdırma aparır.

.