“Dünən – noyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyevlə çox gözəl görüşümüz oldu. Görüşdə Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdik”.

Bunu ABŞ dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olson “Report”a müsahibəsində deyib.

O qeyd edib ki, ABŞ-la Azərbaycan arasında çox güclü münasibətlər var: “Birgə işləməyimiz üçün də çox potensial var. Azərbaycanla-ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd etməyi səbirsizliklə gözləyirik. Bu mövzu da Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etdiyimiz məsələlərdən biri idi”.

.