Bu gün Donetsk vilayətinin Slavyansk şəhəri ətrafında Ukraynaya məxsus helikopterin vurulması nəticəsində aralarında 1 generalın da olduğu 14 hərbçi həlak olub. Yenizaman.az-ın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, bu informasiyanı Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov parlamentin iclasında elan edib. "Slavyanskda bizim helikopterimiz vurulub. General Kulçitski ilə birlikdə 14 hərbçimiz həlak olub”, - deyə o, bildirib.
.
