Ukraynanın Donetski vilayətində antiterror əməliyyatı zamanı Malayziyaya məxsus Boeing təyyarəsi vurulub.
Yenizaman.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, təyyarə antiterror əməliyyatı zonasında vurulub.
İlkin məlumata görə, təyyarənin göyərtəsində 295 nəfər olub. Təyyarə Donetsk vilayətinin Qrabovo yaşayış məntəqəsi yaxınlığında yerə düşüb.
Təyyarənin Amsterdam – Kuala-Lumpur marşrutu ilə uçduğu bildirilir.
Bundan əlavə Ukrayna daxili işlər nazirinin məsləhətcisi Anton Qeraşenko öz facebook səhifəsində yazıb ki, Amsterdam - Kuala-Lumpur reysini yerinə yetirən təyyarə Torez yaşayış məntəqəsi üzərində, Donetsk vilayətinin, Şaxtyorsk rayonunun, Qrabovo kəndi yaxınlığında "Buk" zenit raket komleksi ilə vurulub.
Qəza zamanı 280 sərnişin və 15 ekipaj üzvünün öldüyü bildirilir.
Qeyd edək ki, təyyarənin qəzaya düşməsini Malaziya hava limanının rəsmisi Böyük Britaniyanın Sky news telekanalına müsahibəsi zamanı təsdiq edib.
Xatırladaq ki, təyyarənin düşdüyü ərazi Kiyev hakimiyyət qüvəlləri tərəfindən mütamadi olaraq ağır artileriya atəşinə tutulur.
