Yenizaman.az "Vesti.ru"-ya istinadən verdiyi məlumata görə, Ukraynanın Donetsk şəhərində yeni hökuməti dəstəkləyən əhali ilə narazı kütlə arasında qarşıdurma yaranıb. Lenin meydanında baş verən toqquşma zamanı 2 nəfər həlak olub, 50 ukraynalı isə müxtəlif bədən xəsarətləri alıb. Daha 3 nəfərin vəziyyəti isə ağır olaraq qalır.
Məlumata görə, tərəflər arasında qarşıdurma millətçi ukraynalıların rus sakinlərinə qarşı biçaq, armatur və daş parçaları ilə hücum etməsindən sonra yaranıb. Ukrayna separatçıları təxribata əl atıblar və dava düşüb. Ukrayna millətçilərinin xüsusilə "Pravi Sektor” tərəfdarlarının əllərində taxtalar olub. Nümayişçilər arasında qarşıdurma polisin müdaxiləsindən sonra dayanıb.
