Ukraynalıların könüllü batalyonu olan "Donbas”da xidmət edən azərbaycanlılar öz çadırları üzərində Azərbaycan bayrağı asıblar.
Yenizaman.az-ın vesti.az-a istinadən verdiyi xəbərə görə, bu barədə "Belarus partizanı” qəzeti xəbər yayıb.
Qəzetin bildirdiyinə görə, batalyonda hazırda şəxsi heyətin komplektləşdirilməsi başa çatmaqdadır və yaxın günlərdə o, Ukraynanın şərqinə göndərilə bilər. Batalyonda azərbaycanlılarla yanaşı, çoxlu sayda başqa xaricilər – gürcülər, rusiyalılar, hətta bir amerikalı və bir ispan var.
"Donbas” batalyonu yaradılarkən o, yalnız regionun və ona bitişik vilayətlərin könüllülərindən ibarət olub. Az sonra isə onun sıraları başqa ölkələrdən, o cümlədən Rusiyadan gələnlərin hesabına doldurulmağa başlayıb.
.