"Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşlarındandır. Biz gələcəkdə atacağımız addımlar barədə danışdıq. Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır və biz bu tərəfdaşlığı davam etdirmək istəyirik”.
APA-nın xəbərinə görə, bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Biz ikitərəfli sazişlərimizi həyata keçirmək üzrəyik. Bu baxımdan strateji əməkdaşlıq sazişi mühüm rol oynayır”, - deyə o, söyləyib.
D. Tusk Azərbaycan prezidenti ilə viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə etdiyini və bu ilin sonunadək danışıqların yekunlaşacağını bildirib.
"Biz insan hüquqları və fundamental azadlıqlara xüsusi əhəmiyyət veririk. Avropa İttifaqı hesab edir ki, vətəndaş cəmiyyəti sabitlik və çiçəklənmənin əsasıdır”.
Bunu da FAvropa İttifaqı Şurasının prezidenti Donald Tusk Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
D. Tusk Azərbaycan prezidenti ilə insan hüquqlarının müdafiəçiləri ilə bağlı məsələni də müzakirə etdiyini qeyd edib: "Biz burada insan hüquqları müdafiəçiləri ilə bağlı məsələni müzakirə etdik. Bir sıra hallarla bağlı fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu bizim qarşılıqlı surətdə faydalı əməkdaşlığımıza xidmət edən məsələ ola bilər.”
Aİ prezidenti əlavə edib ki, bu istiqamətdə birgə addımlamaq tərəfdaşlıq maraqlarına uyğundur”.


.