ABŞ-ın sabiq prezidenti Donald Trampın Tvitter hesabı bərpa edilib.

APA-nın xəbərinə görə, müvafiq qərarı şirkətin yeni sahibi İlon Mask rəy sorğularının nəticələri əsasında qəbul edib.

Bununla belə, sabiq prezident özünün təsis etdiyi sosial şəbəkədə - “Truth Social”da qalmağa qərar verib.

Qeyd edək ki, Trampın Tvitter hesabı ötən ilin yanvarında iğtişaşlar zamanı bloklanmışdı.

Sabiq prezidenti izləyənlərin sayı artıq 2 milyonu keçib. Bu barədə müvafiq statistika Tvitterdə yerləşdirilib.

.