ABŞ-ın hazırkı prezidenti Donald Tramp qarşıdan gələn prezident seçkilərində Respublikaçılar partiyasından namizəd olmağa rəsmi olaraq razılıq verib.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

D.Tramp bu barədə Ağ evdə keçirilən Respublikaçılar partiyasının qurultayında bəyan edib.

Qeyd edək ki, D.Trampın noyabrın 4-də keçiriləcək prezident seçkilərində rəqibi Co Bayden olacaq.

.