ABŞ-ın sabiq prezidenti Donald Tramp özünü üçüncü dünya müharibəsinin qarşısını ala biləcək yeganə şəxs adlandırıb.
Bu sözləri Donald Tramp Ayova ştatında tərəfdarları qarşısında keçirilən mitinqdə deyib.
“Bu vədi verə biləcək yeganə namizəd mənəm. Mən üçüncü dünya müharibəsinin qarşısını ala bilərəm”.
Donald Tramp, həmçinin əlavə edib ki, 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gələrsə, Ukraynadakı müharibəyə 24 saat ərzində son qoyacaq.
.
