ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının sədri Jan-Klod Yunkeri Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla səhv salıb.
Bu hadisədən bərk əsəbiləşən Jan-Klon Yunker bunu bağışlanmaz səhv adlandırıb:
"Tramp Avropanı tanımır, heç nə başa düşmür. O Tuskla telefonla danışıb, amma elə bilib ki, mənimlə danışır. Bu dünya siyasətində ilk belə haldır.”
Jan-Klod Yunker qeyd edib ki, bu kobud səhv onu göstərir ki, ABŞ prezidenti üçün Avropa maraqlı deyil.
Avropa Komissiyasının sədri Vaşinqtona səfər edəcəyini deyib. Amma Trampla görüş sual altındadır.
.
