
Xəlil əl-Hayyanın rəhbərlik etdiyi yüksək səviyyəli HAMAS nümayəndə heyəti İsrailin hücumundan sağ çıxıb.
"Əl-Cəzirə" HAMAS-a istinadən məlumat yayıb.
***
İsrailin Dohaya endirdiyi zərbə nəticəsində HAMAS lideri Xəlil əl-Hayya öldürülüb.
Bu barədə "Əl-ərəbiyyə" telekanalı məlumat yayıb.
Hadisə yerində Xalid Məşal, Məhəmməd Darviş, Razi Hamad və İzzət əl-Rişkin olduğu bildirilir.
***
Qətərin paytaxtı Dohada bir neçə partlayış qeydə alınıb.
Bu barədə “Reuters“ məlumat yayıb.
Dohada 10-dan çox partlayışın baş verdiyi deyilir.
Məlumatlara görə, İsrail HAMAS hərəkatının liderlərindən birini zərərsizləşdirmək üçün Dohaya zərbə endirib.
"Axios" Dohadakı partlayışların HAMAS nümayəndələrini öldürmək cəhdi ilə olduğuna dair məlumat yayıb.
.