Aparıcı Xoşqədəm Baxşəliyeva və türkiyəli ifaçı Doğuşun əkiz övladları olacaq. BiG.AZ xəbər verir ki, bu barədə Doğuş məlumat verib:

"Ata olacağımı öyrənəndə and içirəm ayaqlarım yer tutmadı. Gözümdən yaşlar axdı. Əkiz uşaqlarımız olacaq. Yoldaşımın da,mənim də 41 yaşımız var, həmyaşıdıq. Keçmişdə əlaqələrim oldu amma Rəbbim bunu da nəsib etdi. Həyat yoldaşımında Türkiyədə iş görməsini istəyirəm. Uşaqlarım Türkiyədə doğulmalıdır. Vətənimə aşiqəm. Doğum şəadətnamələrində ay, ulduzu görməliyəm. Məsələn, yoldaşım deyir ki, uşaqlarımız ABŞ-da doğulsun. Mən də deyirəm ki, "Mən milliyyətçiyəm, uşaqlarım Türkiyədə doğulacaq". Düşünürəm ki, bir konsertimə onlarla birgə çıxacağam".
.