“Bir sıra ölkələrdə qanunsuz miqrasiya ciddi sosial və təhlükəsizlik problemləri yaratsa da, Azərbaycanda vəziyyət nəzarət altındadır".
Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində məlumat verib.
"Hazırda ölkədə yaşayan əcnəbilərin sayı təxminən 210–220 min nəfər civarındadır. Mövsümdən asılı olaraq bu rəqəm dəyişə bilir. Məsələn, yay aylarında turist axınının artması səbəbindən ölkədə olan əcnəbilərin sayı daha yüksək olur. Bu ümumi göstərici fonunda qanunsuz yaşayan şəxslərin sayı nisbətən azdır və idarəolunan səviyyədə qiymətləndirilir”, - o bildirib.
.
