Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yenidən hakim "Vahid Rusiya" Partiyasının sədri seçilib.

TASS verdiyi məlumata görə, D.Medvedev partiyanın bu gün keçirilən qurultayında açıq səsvermədə bu etimadı qazanıb.

Partiya sədrinin səlahiyyət müddəti 5 ildir.

Boris Qırızlov isə yenidən "Vahid Rusiya" Partiyası Ali Şurasının sədri seçilib.

Qeyd edək ki, D. Medvedev 2012-ci ildən "Vahid Rusiya" Partiyasının sədridir.

.