Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev ölkəsinin heç bir sanksiyadan qorxmadığını və heç bir təzyiqin keçərli olmayacağını bəyan edib. İTAR-TASS-ın verdiyi məlumata görə, D. Medvedev bildirib ki, hər kəs sanksiyaların Rusiya üçün qorxulu olmadığını başa düşür: "Biz onsuz da öz doğma vətənimizdə yaşayacaq, onu inkişaf etdirəcək, sərmayə yatıracaq və dövlət quruculuğu ilə məşğul olacağıq. İndiyə kimi heç bir təzyiq vasitəsi keçərli olmayıb, bundan sonra da olmayacaq”.
.