Azərbaycan və Türkiyə arasında ortaq etnik-mədəni köklərə söykənən dostluq və qardaşlıq əlaqələri iki ölkənin prezidentlərinin müdrik siyasəti nəticəsində uğurla inkişaf edir.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun Türkiyəyə səfəri çərçivəsində Qars valisi Ziya Polat və Qars bələdiyyəsinin başqanı Ötüken Sengerlə görüşdə bildirib.

Vurğulanıb ki, bu siyasət hər iki ölkənin xalqları arasında güclü bir qardaşlıq və əməkdaşlıq ruhu yaradır.

Görüşdə həmçinin "Bir millət, iki dövlət" prinsipinin iki ölkənin gündəmində əsas yer tutduğu və əlaqələrin daha da genişləndirilməsinə təkan verdiyi vurğulanıb. Qeyd olunub ki, İslam sülhsevər və tolerant dəyərlərinin təbliği dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edir.

.