Q.İbadoğlunun həyat yoldaşı saxlanılmayıb.
APA xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.
"İddialar əsassızdır", - deyə nazirlik rəsmisi bildirib.
***
Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.
Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.
Qeyd edilib ki, araşdırma aparılır.
Əlavə məlumat veriləcək.