“Hazırda 19 337 subbakalavr qeydiyyatdan keçib. Onlardan 7 761 nəfər ərizəsini təsdiqləyib".

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib. O bildirib ki, III qrupa sənəd verənlər harasa qəbul olmaq istəyirlərsə, regional ali məktəblərə üstünlük verməlidirlər: “Çünki regional ali məktəblərdə I mərhələdə formalaşan keçid balı daha aşağı olur. Onda həmin şəxslərin qəbul olma şansları ola bilər. Həmçinin ötən ilki keçid ballarına da diqqət etsinlər. I və II qrupda keçid balı aşağı olan ixtisaslar var. IV qrupda kənd təsərrüfatı profilli ixtisasları seçsələr, qəbul olma şansları ola bilər. Tibb təhsilində isə ballar yüksəkdir və subbakalavrlara yer çatmayacaq. Yaxın illərdə bu vəziyyətin dəyişəcəyinə inanmıram”.

.