Şimali Koreya lideri Kim Çen In 40 kiloqram kökəlib və yuxusuzluqdan əziyyət çəkir.

Bu barədə Cənubi Koreya kəşfiyyatı məlumat yayıb.

Məlumata görə, 33 yaşlı dövlət başçısı tez-tez yemək yeyir və özünə qarşı qəsd təşkil oluna biləcəyindən qorxduğu üçün yuxusuzluqdan əziyyət çəkir.

"Həddən artıq qidalanma və spirtli içkilərin qəbulu onda xəstəliklərin yaranmasına yol açıb” – deyə mənbə məlumat verib.

Kim Çen In 2012-ci ildə 90 kiloqram idisə, 2014-cü ildə bu göstərici 120 kiloqrama, hazırda isə 130 kiloqrama qədər yüksəlib.

Şimali Koreyada piylənmə və kökəlmə elit ailələrdə ən böyük problemlərdən sayılır./modern.az
.