Bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 269 642,3 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3% azdır.

DGK verdiyi məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 9,2% azalaraq 825 697,3 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 7,4% azalaraq 2 298 322,1 min manata bərabər olub. Aksizlər üzrə cari ilin 10 ayı ərzində daxilolmalar 46,9% azalaraq 115 277,1 min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 30 345,8 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 17,1% azdır.

Bu ilin oktyabr ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 314 407,0 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 20,4% az, bu ilin sentyabr ayı ilə müqayisədə isə 1,4% çoxdur.

Bu ilin oktyabr ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 23,6% azalaraq 84 684,9 min manat olub. Bu ilin sentyabr ayı ilə müqayisədə isə bu göstərici 9,3% azalıb.

Həmçinin, cari ilin oktyabr ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 18,8% azalaraq 214 940,2 min manat (bu ilin sentyabr ayı ilə müqayisədə 7,6% çox), aksizlər üzrə 24,6% azalaraq 11 929,4 min manat (sentyabr ilə müqayisədə 11,2% az), yol vergisi üzrə daxilolmalar isə 23,3% azalaraq 2 852,5 min manat (sentyabr ilə müqayisədə 15% az) təşkil edib.

.