Dövlət Gömrük Komitəsində (DGK) bir çox idarələrin rəisləri dəyişib.

DGK sədri Səfər Mehdiyevin əmri ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Quliyev vəzifəsindən azad edilib. Həmin posta Mehman Sadıqov təyin olunub. B. Quliyev isə DGK-nın Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi təyin olunub.

Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov da vəzifəsindən azad olunaraq, DGK-da idarə rəisi vəzifəsinə təyin olunub. Bakı Baş Gömrük İdarəsinə isə Pərviz Kəngərli rəis təyin olunub.

DGK-nın Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinə isə indiyə qədər Sumqayıt Baş Gömrük İdarəsinin rəisi olmuş Vəzir Həsənov təyin olunub.

Bundan başqa, DGK-nın ərazi baş idarələrinin rəislərinin yerləri dəyişdirilib, onların bəziləri isə DGK-nın mərkəzi aparatında müxtəlif vəzifələrə təyin olunublar.

.