Böyük Britaniyanın Edinburq Universitetinin alimi Rupi Ojla dərini cavan saxlamağın sirlərini açıqlayıb.

Bu barədə “The Sun” xəbər yayıb.

Alimin sözlərinə görə, dərini cavan saxlamaq üçün tərkibində dəmir olan qidalardan, xüsusilə də qırmızı ətdən imtina etmək lazımdır. Çünki bu qida qəfil qocalmaya gətirib çıxara bilər.

Həkim qeyd edir ki, orqanizmi cavanlaşdırmaq üçün antioksidant, kollagen, mineral tərkibli və iltihab əleyhinə qidalar qəbul etmək lazımdır.

Sağlam bəslənmə prinsipi bol meyvə-tərəvəz, yüksək keyfiyyətli yağlar (qoz və toxum), yüksək lifli qidalar və bütöv, emal olunmamış qidaların qəbul olunmasıdır. Alim əlavə edib ki, aşağı proteinli pəhriz də hormonlara mənfi təsir edərək, yaşla bağlı dəyişiklikləri sürətləndirir.

.