Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyədə baş verən mədən faciə ilə bağlı yardım kampaniyasına başlayıb.
Yenizaman.az xəbər verir ki, cəmiyyətdən azvision.az-a verilən məlumata görə, kampaniyaya Milli Məclisin deputatları da qoşulub. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, deputat Novruzəli Aslanov yardım fonduna 500, Eldar Quliyev 1000, Azay Orucov 1000, Tahir Rzayev 200, Arif Əşrəfov 200, Nazim Fərəcov 200, Qənirə Paşayeva 500 manat pul köçürüblər.
Eyni zamanda Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov 50 manat pul köçürüb.
Qeyd edək ki, Azərbaycan Türkiyədə mədən partlaması nəticəsində həlak olan şəxslərin yaxınlarına kömək üçün "Mərhəmətinizi əsirgəməyin!” adlı yardım kampaniyasına başlayıb.
Kampaniyada iştirak etmək istəyən şəxslər 493-84-81 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
.