Milli Məclisdə bu gün müzakirəyə çıxarılan Əmək Məcəlləsində edilən dəyişiklilərdə cərimələrdən əmək müfəttişlərinin əmək haqqına 25 faiz artırılmasını nəzərdə tutulur.
Deputat Musa Quliyev Əmək Müfəttişliyinin cərimələrinin yalnız 42 faizinin ödənildiyini qeyd etdi. Onun dediyinə görə, təkcə əmək müqaviləsi bağlamadan işçini işə götürənlər 925 min manat cərimələndiyi halda məbləğin yalnız 13 faizi ödənilib. Deputat bu cərimələrin ödənilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsini zəruri saydı.
M.Quliyev məhkələrdəki rüşvətə də toxundu: "Sahibkar məhkəmə ilə separat danışıqlara gedir və müvafiq haqqı ödədikdən sonra bu məsələni həll edir. Qoy lazımi adamlar eşitsin”. Ziyafət Əsgərov dedi ki, təkliflərinizi yazın, verin, baxaq.
Çingiz Qənizadə ölkədə iş saatı ilə özəl sektor və ticarətlə məşğul olan şəxslərin böyük əksəriyyətinin həftəlik iş həftəsindən iki dəfə çox işlədiyini bildirdi. Bizim evin altındakı mağazada xanımlar var, səhər saat 9-dan axşam saat 11-ə qədər istirahətsiz işləyirlər. Bu gün bir neçə nazirlikdə, güc strukturları istisna olmaqla idarə rəisi işdədir, onun işçisi axşam saat 10-dək işdə oturmalıdır. Şənbə günü işə çxıarılan insanlar var. Əmək müfəttişliyinə üz tuturam, xahiş edirənm axşam saat 6-dan sonra bəzi nazirliklərin də qapısını döyün, soruşun ki, ordakı işçilər niyə orda oturub?”
Qənirə Paşayeva da bu sahədə ciddi addımlara ehtiyac olduğunu bildirdi: "Əmək müqaviləsi olmadığı üçün kim istəyir işdən çxıarır, istehsalatda bədbəxt hadisə olur, təzminat ala bilmir. Əmək Müfəttişliyinin 263 müfəttişi var. Bu qədər cüzi ştatla bütün ölkədəki iş yerlərinə nəzarət etmək mümkün deyil”.
Sabir Rüstəmxanlı bir məsələyə aydınlıq gətirilməsini istədi: "Əmək qanunvericiliyinin neçə faizi iş verən, yaxud işçi tərəfindən pozulur. İş verən istədiyi kimi işçini cərimələyəcək, işdən çıxaracaqsa, onda bu qanunun heç bir mənası olmayacaq. Onda bütün idarələrdə çalışarlar ki, cərimələrin sayı çox olsun, onu da özünə və işçisinə sərf eləsin. Belə olan halda qanunvericilikdən danışmağa dəyməz. Belə çıxır ki, kim nə qədər bacarırsa, öz işçisini cərimə etməli və sonra onu özünə və işçisinə sərf eləməlidir”.
Şəmsəddin Hacıyev dedi ki, bu təkliflərin əksəriyyəti səbəbə yox, nəticəyə yönəlib: "Səbəb nədir ki, işə götürən işçilərin sayını azaldır və əmək haqqını aşağı həddə göstərir? Deməli, bu vergiyə görədir. İşə götürülən hər kəsə görə verilən 100 manatlıq əmək haqqının 40 manatı vergiyə cəlb olunur. Ona görə də vergilərlə bağlı məsələ üzərində ciddi işləmək lazımdır.”(musavat.com)
.