“Hesab edirəm ki, sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır”.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Jalə Əliyeva deyib.

Deputat media işçilərinə müraciə edib:

“Bir məlumatı yayan zaman onun doğruluğunu yoxlayın. Məlumat və şou xətrinə nələrisə yaymaq olmaz. Bu məsələləri peşəkar media işçilərimizə aid etmirəm. Hesab edirəm ki, qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır. Özüm də bu kimi informasiyalara məruz qalıram. Pisləmək çox asandır. Amma qurmaq, yaratmaq peşəkarlıq tələb edir”.

.