“Bakıda hər gün 1 milyona yaxın insan, o cümlədən deputatlar 2-3 saat tıxacda qalırlar. Bu, doğru idarəetməmənin olmamasından qaynaqlanır”.

Bunu Milli Məclisin sədri deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, aidiyyatı qurumlar bu məsələnin gələn il həlli ilə bağlı ictimaiyyətə söz verməlidir: “Bu gün Bakıda parklanma sistemi həll olunmayıb. Bir məmurun iş saatı 9-da başlayırsa, o saat 7-dən evdən çıxır. Biz 2022-ci ili Bakı şəhərinin xilas ili kimi qiymətləndirməliyik. Bu problemin həlli ilə bağlı yol xəritəsi təqdim olunmalıdır”.

.