Bu gün Milli Məclisin növbəti iclası öz işinə başlayıb. İclasda 8 məsələ müzakirə olunur. Məclisdə Hesablama Palatasının hesabatı dinlənilir.
Deputat Zahid Oruc çıxış edərək ikili standartlardan danışıb.
"Nə üçün Ermənistan bu günə kimi sanksiyalara məruz qalmayıb? Ona görə ki, Azərbaycanın əhəmiyyəti Ukraynadan aşağıdır? Ona görə ki, Xəzər dənizi resursları Qara dənizinki kimi əhəmiyyət kəsb etmir? Baxın, Barak Obama Ukrayna hadisələrinə görə artıq 8-ci dəfədir ki, Putinə telefon açır. Avropa ölkələrinin rəhbərləri ilə danışıqlar aparır. Buna bir sözümüz yoxdur. Dünyanın güc mərkəzləridir. Bir dəfə görmüsünüz ki, Barak Obama Qarabağa görə Putinə telefon açsın? Hətta bu o qədər baş verməyib ki, tribunadan bunun səsləndirilməsi bir qədər ritorik səslənmir, insanları da inandırmır”.
.