
"Dövlət qurumları tərəfindən uzun müddətə xarici ölkələrə ezamiyyətə göndərilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıdarkən gömrük rüsumlarından və vergilərdən azad olunması təklif olunur”.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Asəf Hacıyev belə bir təkliflə çıxış edib.
A.Hacıyev qeyd edib ki, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının xətti ilə uzun müddətə xarici ölkələrə ezamiyyətə göndərilən Azərbaycan vətəndaşları həmin ölkələrdə daşınan əmlaka sahib olurlar. Geri dönəndə isə həmin əmlak ya köhnəlir və orada sata bilmirlər, bir çox hallarda Azərbaycana gətirirlər.
Azərbaycana gələndə isə gömrük rüsumlarının tətbiqi vətəndaşlar üçün çətinliklər törədir.
Bu səbəbdən A.Hacıyev həmin vətəndaşları gömrük rüsumlarından azad etmək üçün Gömrük Məcəlləsinə müvafiq dəyişiklərin edilməsini təklif edib: "Düşünmürəm ki, bu dövlət büdcəsinə böyük ziyan vura bilər, ancaq bu dəyişikliyi etməklə vətəndaşlarımıza böyük köməklik göstərmiş olarıq”.
Deputat həmçinin Bakı aeroportunda sərnişinlərin yoxlanmasından narazılığını bildirib: "VİP-dən gələn qonağın əşyaları niyə yoxlanılır? Dünyanın heç bir ölkəsində aeroportda gələn vətəndaşın əşyaları monitorda yoxlanmadan keçirilmir. Özü də VİP ilə gələn əməkdaşların”.
Onun sözlərinə görə, Bakıda keçirilən humanitar foruma gələn qonaqlardan biri belə yoxlamadan keçiriləndə çox qəribə olay yanaşıb.
A.Hacıyev bu məsləəyə diqqət yetirilməsini istəyib.
.