
Yanvarın 12-də respublika ərazisində bir neçə zəhərlənmə halı baş verib.
DİN-dən verilən məlumata görə, Yevlax rayon sakini Mövlan Quliyev Suraxanı rayonunun Hövsan qəsəbəsində kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Cəlilabad rayon sakini Cəlal Abdulov Binə qəsəbələsində kirayədə yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb.
Bundan başqa eyni gündə Gəncə şəhər sakini Zərqələm Məmmədova və onun bacısı Zəhra, Sayalı Nəbiyeva və onun oğlu Nicat dəm qazından zəhərlənib.
Abşeron rayonunun Masazır qəsəbə sakini Dünya Ələkbərova və Gəncə şəhər sakini Azər Məmmədov isə dərmandan zəhərlənib.
Zəhərlən şəxslər xəstəxanalara yerləşdirilib.
.