Havalar soyuyar-soyumaz dəm qazından bu mövsüm üçün ilk ölüm faktı qeydə alınıb.
Kürdəmir rayon sakini Leylaxanım Vüqarqızı Yasamal rayonu ərazisində kirayədə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
Xəbərdə o da bildirilir ki, faktla bağlı araşdırma aparılır.
.