Göygöldə dəm qazı bir ailənin faciəsinə səbəb olub.
Yenizaman.az ARB-yə istinadən xəbər verir ki, Göygöl şəhəri Babək küçəsində yaşayan ana və övladları dəm qazından zəhərlənib.
4 yaşlı Xədicə və 2 yaşlı Yusif dünyasını dəyişib. 26 yaşlı Bahar Abbasova isə Göygöl rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır.
Fakt araşdırılır.
