Adı dələduzluq işində hallanan tanınmış telejurnalist Elçin Əlibəylinin Azərbaycandan qaçmaq istədiyinə dair məlumatlar yayılıb. Jam.az sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, onun bu addımı atmasınsa səbəb olan bir başqa amil də məhz dələduzluq işi ilə əlaqədar cinayət təqibinin başladılmasıdır.
Məlumatlarda o da vurğulanır ki, teleaparıcı mediada yayılmış məlumatların və haqqında gəzən söhbətlərin ara verəcəyi müddətə qədər Gürcüstana getmək qərarına gəlib. Bundan başqa, bildirilir ki, Əlibəylinin ailə üzvləri də bu ittihamdan sonra onunla mübahisə ediblər. Bütün bunları nəzərə alan teleaparıcı canın qaçmaqla qurtarmaq istəyir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
.